Aza qane olmayan çoxa layiq deyil.

Grasp all, lose all. Слишком мало и слишком много портят всю игру. / Кто много желает, тот и мало не видает. / Многого желать - добра не видать. / Ср. Всему есть мера. / Всё в меру.
Aza qane ol, çoxlu qazanarsan.
Aza qane olmayan çoxa yetişməz.
OBASTAN VİKİ
Aza
Aza (Ordubad) Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə. Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
Aza (Ordubad)
Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə.
Aza (hökmdar)
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı. Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim.
Aza Rəhmanova
Aza Həsən qızı Rəhmanova (rus. Аза Гасановна Рахманова; 17 sentyabr 1932, Bakı – 18 noyabr 2015, Sankt-Peterburq) — Azərbaycan əsilli sovet və Rusiya həkim-infeksionisti, HİV-infeksiya və yoluxucu hepatologiya sahəsində aparıcı mütəxəssis, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri (1986–2001), Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti (1984-cü ildən ömrünün sonunadək), tibb elmləri doktoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi (1998). O, Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi. "QİÇS. Seks. Sağlamlıq" (rus. СПИД. Секс. Здоровье) jurnalının təsisçisi və baş redaktoru, "HİV infeksiya və immunosupressiyalar" (rus. ВИЧ-инфекция и иммуносупрессии) jurnalının isə baş redaktorunun müavini olub. 11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqaləsinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir. Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub.
Aza körpüsü
Aza körpüsü — Ordubad rayonunun Aşağı Aza kəndində yerləşən qədim körpü. Aza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587–1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir.
Aza kəsilişi
Aza kəsilişi Naxçıvan MR Ordubad rayonunun ərazisində təşəkkül tapmış paleosen-alt eosen çöküntülərinin mötəbər kəsilişlərindən biridir. Foraminifer faunası və nannoplanktonla zəngin olan bu çöküntü qatı Aza kəndinin ətraflarında üzə çıxır və Ordubad riftogen qatlamının paleosen-alt eosen dəstəminin istinad kəsilişi kimi qəbul edilmişdir.
Aza piri
Aza piri — Ordubad rayonunda, Aşağı Aza kəndinin şimal-şərqində orta əsrlərə aid ziyarətgah. Pirin içərisindəki kitabə və ətraf qəbiristanda qalmış kitabələr tarixi əhəmiyyətli abidə kimi diqqəti cəlb edir. Pirin keçmiş görkəmindən, yəni orada mövcud olmuş binalardan əsər əlamət qalmamışdır. Aşkar olunmuş üç qoç daşdan ikisi yazısızdır, başı sınmış üçüncü abidənin yan tərəflərində ərəbcə kitabədə yazılmışdır: "Onun sahibi Səfərdir. Səkkiz yüz yetmiş yeddinci il (1472/73)". Pirin giriş qapısının sağ və solundakı iki məzar daşı inşaat materialı kimi işlənmişdir. Daşların çoxu hörgüdə qalmışdır. Tədqiqatlar nəticəsində vaxtilə pirin ətrafında qəbiristanlıq olduğu aydınlaşdırılmışdır. İçəridə qəbirüstü sinə daşının üzərində həkk olunmuş çatma tağlı taxça hissəsində kitabə motivi – Qurandan ayələr, aşağı hissədə isə süls elementli nəsx xəttilə ərəbcə kitabədə "… əzəmətli … mömin … Mövlana Şəmsəddin Məhəmməd səkkiz yüz doxsan ikinci il zilhiccə ayında fani dünyadan əbadi dünyaya köçdü…". Zilhiccə 892 (18.
Aza rayonu
Aza rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Aza kəndi olmuşdur. Aza rayonuna 11 kənd daxil idi. 1921-ci ildə yaradılan Parağa rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Aza rayonu Yuxarı Aza, Aşağı Aza, Kələntər Dizə, Der, Baş Dizə, Sumbatan Dizə, Qoşadizə, Düylün, Düylün Dizə, Gilançay və Dəstə kəndlərini əhatə etmiş və 1930-cu ildə təşkil olunan Ordubad rayonunun tərkibinə daxil edilmişdir.
Aşağı Aza
Azadkənd (əvvəlki adı: Aşağı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Aza kəndi Azadkənd adlandırılmışdır. Düzənlikdədir.Araz və Gilançayın birləşdiyi ərazidə yerləşir. Oykonim "Aşağıda yerləşən Aza kəndi" mənasındadır. 2003-cu ildən kəndin adı Azakənd kimi rəsmiləşdirilmişdir..Kənddə əsasən əkinçilik,meyvəçilik və maldarlıq inkişaf etmişdir. Kənddə 510 yerlik məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi fəaliyyət göstərir. == Tarixi == == Əhalisi == Əhalisi 1095 nəfərdir.
Mannalı Aza
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı. Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim.
Qışlaq-i Qane (Kəleybər)
Qışlaq-i Qane (fars. قشلاق قانه‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (5 ailə).
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'yı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılgınteröristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Dövləti olmayan xalqlar
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yayı olmayan il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
Aza (Türk mifologiyası)
Aza (kənd, Ordubad)
Aza (əvvəlki adı: Yuxarı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsinin mərkəzi Yuxarı Aza kəndi Aza kəndi adlandırılmışdır. Aza Ordubad rayonunun Aza inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın ən qədim Şəhərlərindən olan Azanın adındandır. Bu Şəhər Culfa Şəhərinin 20 km.-liyində, Gilançayın sahilində idi. Müxtəlif mənbələrdə Aza, Azar, Azat, Azad adı ilə təqdim edilən bu obyekt kicik Şəhər kimi təsvir olunur. Həmin Şəhərin yerində indi Aşağı və Yuxarı Aza adlı iki kənd var. Qədim türk dillərində aza "kicik, kiçildilmış" mənalarında işlənmışdir. Beləliklə, Aza oykonimi "kicik yaşayış məntəqəsi" deməkdir. Qəsəbənin yerləşdiyi ərazinin keçmış adı Uluçaydır.
Aza (qədim şəhər)
Aza — Azərbaycanda qədim şəhər. Culfa şəhərinin 20 kilometrliyində, Gilançayın sahilində yerləşirdi. İran tarixçisi Həmdullah Qəzvini (1281–1350) və başqaları Aza haqqında məlumat vermişlər. Aza ilə Ordubad rayonunda yerləşən indiki Aza kəndinin adları və coğrafi mövqeləri arasında əlaqə var. Azanın şimal-şərqindəki qədim qəbiristanlıqda pir, qoyun formalı qəbirüstü daş, minarə mövcuddur. Orta əsrlərdə Azada sənəkarlıq, ticarət, üzümçülük, şərabçılıq inkişaf etmişdi. Azanın monqol hücumları zamanı tənəzzül etdiyi ehtimal olunur.
Aza (qəsəbə, Ordubad)
Aza — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aza qəsəbəsi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Aza yaşayış yeri
Аzа yаşаyış yеri — Аzа kəndinin şimаlındа, Gilаnçаyın sоl sаhilində, hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеri hər tərəfdən dаşdаn hörülmüş divаrlаrlа əhаtə оlunmuşdur. Lаkin divаrlаrın əksər hissəsi uçub dаğılmışdır. Divаr qаlıqlаrı yаlnız аbidənin cənub hissəsində, Gilаnçаyın sаhilində sаlаmаt qаlmışdır. Qаlаnın içərisindəki binаlаr tаmаmilə dаğılmışdır. Tikinti qаlıqlаrınа əsаsən, оnlаrın dаşdаn və möhrədən tikildiyini dеmək оlаr. Аbidənin ərаzisindən аşkаr оlunаn yеrüstü mаtеriаllаr Оrtа əsrlərin Еrkən və inkişаf еtmiş dövrünə аiddir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini III-XIX əsrlərə аid еtmək оlаr. Yаşаyış yеri tərk еdildikdən sоnrа оnun bir qismindən qəbiristаnlıq kimi istifаdə оlunmuşdur.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Müharibə qadın simalı deyil
Müharibə qadın simalı deyil (rus. У войны не женское лицо) — 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını alan Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin ilk kitabı. 1985-ci ildə nəşr edildikdən sonra kitab qısa müddət ərzində populyarlaşaraq, 2 milyondan çox oxucu qazanır. Əsər bir qadının monoloqu üzərində qurulmaqla, müharibədən sonrakı həyatı əks etdirir. Biz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük… Hər şey haqqında ancaq kitablarda oxumuşduq. 2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sənədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız. Kitabı Nərgiz Cabbarlı rus dilindən Azərbaycan dilinə tərcümə və redaktə edib, “XAN” nəşriyyatı tərəfindən “XAN” tərcümə ədəbiyyatı çərçivəsində 2015-ci ildə nəşr edilib. Əsərin motivləri əsasında 1981-1984-cü illərdə sovet belorus rejissoru Viktor Daşuk tərəfindən hər biri 10-25 dəqiqədən ibarət olan 7 seriyalıq sənədli televiziya filmi çəkilib.
O, sizə Dimon deyil
O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu(ru) tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
Düzgün olmayan başlanğıc (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Dənizə çıxışı olmayan dövlətlər
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.